logo

"AZAL" Ukraynadan hər gün təxliyə reysləri yerinə yetirəcək

13:53 02-03-2022 | icon 1750
"AZAL" Ukraynadan hər gün təxliyə reysləri yerinə yetirəcək

Prezident İlham Əliyevin tapşırığı ilə “Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reysləri yerinə yetirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.

Martın 1-də "AZAL" artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.

Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.