logo

Gəncədə yanan 6 otaqlı evdən 74 yaşlı kişi meyiti tapıldı

12:12 02-03-2022 | icon 1736
Gəncədə yanan 6 otaqlı evdən 74 yaşlı kişi meyiti tapıldı

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m2 olan altıotaqlı evin dörd otağı və dam örtüyü yanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, yataq xəstəsi olan 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.