logo

Gənclər və İdman Nazirliyi yeni loqosu üçün müsabiqə elan edir

11:02 02-03-2022 | icon 1736
Gənclər və İdman Nazirliyi yeni loqosu üçün müsabiqə elan edir

Gənclər və İdman Nazirliyi (GİN) yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.

YeniAvropa xəbər verir ki, bu barədə GİN-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, loqonun dizaynı özündə gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyə qədər istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Qalib gələn loqo istənilən tərzdə təbliğat məhsullarında istifadə etməyə uyğun olmalıdır.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)

- loqotipin vektor versiyası (*eps, *ai).

Təkliflər 10 iş günü ərzində (16 marta qədər) [email protected] e-mail ünvanına göndərilməlidir.

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər.

Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır (çox olduğu halda wetransfer linki ilə). Layihəni təqdim edən şəxs emaildə adını, soyadını, əlaqə nömrəsini qeyd etməlidir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq.

Müsabiqənin qalibinə mükafat təqdim ediləcək. Məlumat üçün əlaqə telefonu: (012) 465-65-72.