Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 832 yoluxma faktı qeydə alınıb, 2329 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 786 min 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 min 702 nəfər müalicə olunaraq sağalıb, 9438 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 min 362 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8865, bu günə qədər isə ümumilikdə 6 milyon 563 min 829 test icra olunub.