Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti dəyişəcək
Mart ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Birinci ongünlüyün ortalarında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, mart ayında havanın orta aylıq temperaturu əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10°, gündüzlər 10-15°, bəzi günlərdə 18-23° isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir (norma 20-27 millimetr).
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 4-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 18-23° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı bildirilir (norma 22-44 millimetr).
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 15° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 42-52 millimetr) .
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 5-10° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti, gündüzlər 9-14° isti, bəzi günlərdə 17-22° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 19-48 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 3-8° isti, bəzi günlərdə 4°-dək şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 17-20° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 23-90 millimetr).
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 5-10° isti, gündüzlər 13-18°, bəzi günlərdə 23° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı ehtimal edilir (norma 24-45 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8°, gündüzlər 8-13°, bəzi günlərdə 16-20° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 56-112 millimetr).
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib