logo

Azərbaycanda zəlzələ oldu

15:35 01-03-2022 | icon 1953
Azərbaycanda zəlzələ oldu

Martın 1-də saat 14:34-də Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki,  zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Hər hansı dağıntılar barədə məlumat yoxdur.