logo

COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 694 min nəfəri ötür

18:53 28-02-2022 | icon 3290
COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 694 min nəfəri ötür

Fevralın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 32 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində ikinci doza üzrə vurulan vaksinlərin sayı 32-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 982 min 387, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 298 min 628, ikinci mərhələ üzrə 4 milyon 784 min 882, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 694 min 562, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 204 min 315-dir.