logo

Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

18:28 28-02-2022 | icon 3178
Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxdu, 17 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 369 yoluxma faktı qeydə alınıb, 1090 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 785 min 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 min 373 nəfər müalicə olunaraq sağalıb, 9417 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 880 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3860, bu günə qədər isə ümumilikdə 6 milyon 554 min 964 test icra olunub.