logo

“Buta Airways” Bakı-Kiyev aviareysini ləğv edib

14:28 28-02-2022 | icon 1883
“Buta Airways” Bakı-Kiyev aviareysini ləğv edib

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiya qoşunlarının hücumu ilə əlaqədar Ukraynada davam edən qeyri-sabit vəziyyət səbəbindən martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv edib.

YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətdən bildirilib.

Qeyd edilib ki, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.

Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş olunur.