Martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, sürəti saniyədə 8-13 metr olacaq. Havanın temperaturu gecə 7-9°, gündüz 10-14° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Səhər bəzi yerlərdə duman, axşam çiskin olacaq. Cənub-şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-8°, gündüz 11-15° isti olacağı ehtimalı var.
Martın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 7-12 metr olacaq, gündüz arabir 15 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 10-13° isti olacağı bildirilir.