Goranboy rayonunun Rəhimli kəndində Maqsud Musayevin fevralın 22-də iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla rayonun Goranboy rayon Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal borunun düşməsi nəticəsində xəsarət aldığı və fevralın 26-da müalicə aldığı xəstəxanada öldüyü müəyyən olunub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.