Azərbaycanda fevralın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7°, gündüz 10-14° isti, Bakıda gecə 4-6°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraiti bəzi meteohəssas, xüsusən də, oynaq xəstəlikləri problemi olan insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 12-17° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı bildirilir.