Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 50 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər həlak olub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.