logo

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs edildi

21:56 23-02-2022 | icon 2023
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi həbs edildi

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü, 341.2.1-ci və digər maddələr ilə ittiham elan edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Mahir Şirvanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 21-də Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Mahir Şirvanov polkovnik Məlikməmməd Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.