Fevralın 23-də Kürdəmir rayonu Muğanlı kəndi ərazisində ekskavator qazıntı işləri apararkən Sığırlı Qazpaylayıcı Stansiyasından qidalanan diametri 315 millimetr olan yeraltı polietilen qaz xəttini zədələyib.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt bir saatdan artıq müddətdə təzyiq altında qalıb. Xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektinin qaz təchizatı kəsilib. Hazırda birlik əməkdaşları təmir-bərpa işlərini həyata keçirir.
Qeyd edək ki, uzunluğu 26 kilometr olan Sığırlı-Çöhranlı xətti ümumilikdə 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektini qazla təmin edir.