Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı bəzi media qurumları tərəfindən yayılan informasiyalara münasibət bildirib.
Baş Prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya daxil olan məlumatda qeyd edilib ki, fevralın 23-də gecə saat 03 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb. Göstərilmiş tibbi yardımlara baxmayaraq, o, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.
Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.