Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, fevralın 20-də saat 00:50 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində ərazidə sahibsiz halda aşkarlanmış bağlamanın içərisində ümumi çəkisi 5 kiloqram 320 qram (4 kiloqram 795 qram marixuana və 525 qram metamfetamin) olan narkotik vasitələr aşkarlanaraq götürülüb.
Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.