logo

Daha bir məktəb əyani tədrisə qayıtdı

10:01 23-02-2022 | icon 1764
Daha bir məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Xatırladaq ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.