"Yeni Müsavat"ın canlı yayımında Rauf Arifoğlunun aparıcısı olduğu "Dərin Təhlil" verilişində dava düşüb.
YeniAvropa xəbər verir ki, canlı yayımda politoloq Tofiq Abbaslı, Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qonaq olub.
Tofiq Abbaslı debat zamanı Səməd Seyidova "bəy" deyib, sonradan sözünü düzəldərək "müəllim" deməsi Pənah Hüseynin reaksiyasına səbəb olub.
O, politoloqa irad tutub və ona "gədə" deyərək təhqir edib.
Tofiq Abbaslı isə Pənah Hüseynə hücum etməklə reaksiya verib.