Samux rayonunun Seyidlər kəndində baş verən yanğın zamanı 3 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, yanğın kənd sakininə məxsus 3 otaqlı evdə anidən başlayıb.
Dərhal FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğın söndürülüb. Hadisə zamanı 2019-cu il təvəllüdlü Məmmədov Bakir Emin oğlu yanıq xəsarəti alaraq yerləşdirildiyi xəstəxanada dünyasın dəyişib.
Faktla bağlı araşdırma aparılır.