logo

24 yaşlı əmioğluların mübahisəsi ölümlə nəticələndi

17:57 22-02-2022 | icon 2268
24 yaşlı əmioğluların mübahisəsi ölümlə nəticələndi

Fevralın 22-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla Ə.Güləliyevin cinayəti törədərkən sərxoş vəziyyətdə olduğu müəyyən edilib. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Əvəz Şıxməmmədov cəmiyyətdə daha çox Əvəz Hafizli kimi tanınır və “Kanal13” kanalının reportyoru olaraq fəaliyyət göstərib. O, həmçinin LGBTQ+ fəalı kimi LGBTQ+ hüquqları ilə bağlı etiraz aksiyaları keçirib.0--0