logo

FHN-nin əməkdaşı iş başında öldü

17:34 22-02-2022 | icon 1757
FHN-nin əməkdaşı iş başında öldü

Şəmkirdə 38 yaşlı kişi ürək tutmasından vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə  yerli KİV-lər məlumat yayıb. 

Hadisə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Bölməsində qeydə alınıb.

Belə ki, qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Coşqun Ələkbərovun səhhəti qəfildən pisləşib.

Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun öldüyü məlum olub. İlkin məlumata görə, 38 yaşlı C.Ələkbərov ürək xəstəliyindən əziyyət çəkirmiş.