Saleh Məmmədov çökmüş yolda bir ailənin üç üzvünün ölməsini “əcəl” adlandırdı
Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bir neçə gün əvvəl Bakı-Quba avtomobil yolunun Sumqayıt yaxınlığından keçən hissəsində baş verən və bir ailənin üç üzvünün həlak olması ilə nəticələnən avtomobil qəzasını “əcəl” adlandırıb.
YeniAvropa xəbər verir ki, bu barədə Saleh Məmmədov bu gün keçirdiyi mətbuat konfransında danışıb: “2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir”.
Xatırladaq ki, qəzada həlak olanlar həmin gün Qusarda qazdan boğulmuş ailənin (ata, ana və üç azyaşlı) yaxınları idi. Həmin qəzanın kadrları yayılıb və məlum olub ki, avtomobil yolda yaranmış qabarmalar nəticəsində idarəetmədən çıxır və körpüdən aşır. Bu da qəzanın əsas səbəbinin yolun yararsız hala düşməsi olduğunu deməyə əsas verir. Hansı ki, belə hallarda yolun istismarına cavabdeh olanlar da məsuliyyət daşımalıdır.
Saleh Məmmədov isə qeyd edib ki, bu yolda sürət həddinin nizamlanması üçün yol işarələri var: “Əcəl Allahın işidir, minimal sürətlə gedəndə də faciə baş verə bilər. Hər birinizdən xahiş edirəm, gedin, həmin yola baxın. O, körpüyə yaxınlaşma yolu olub. 1984-86-cı illərdə ilk dəfə çəkilib və Sumqayıt ərazisindən keçir. 2008-ci ildən yenidən rekonstruksiya olunub. Sumqayıt çayı üzərində sonradan mütəmadi çökmələr olub. Biz bunu nəzərə alaraq tez-tez təmir işləri aparırıq. Orada daralma işarəsi qoyulub və sürət həddi endirilib. Ola bilər ki, sürücü sürət həddinə baxmayıb və faciə baş verib. Amma bu məsələ milli faciə deyil”.
Xatırladaq ki, fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb. DYP-nin rəsmi məlumatına görə, qəza yolun nahamar olmasına görə baş verib.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur