logo

İcazəsiz Qarabağa gedən Manaf Ağayevin üzr videosu niyə olmadı?

15:35 22-02-2022 | icon 1869
İcazəsiz Qarabağa gedən Manaf Ağayevin üzr videosu niyə olmadı?

Son günlər Manaf Ağayevin video görüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

YeniAvropa xəbər verir ki, məsələ ilə bağlı "BAKU.TV"də yayımlanan “Üzbəüz” verilişində Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib. 

“Manaf Ağayev bildirdi ki, mənim hansısa formada bu əməlimdən peşmanam. Bunu məhkəmədə də bildirdi. Video görüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.

Xahiş etdi ki, əlavə video görüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”, - deyə qurum rəsmisi bildirib.