Lənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.