Fevralın 20-də saat 22 radələrində Nizami rayonu ərazisində, B.Çobanzadə küçəsində yolu keçən Qəbələ rayon sakini Qəzənfər Səlimov paytaxt sakini S.Qarayevin idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.