İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki İbrahim Bayramov məlumat verib.
Bildirib ki, yanğın rayonun Qum kəndinin ərazisində, İlisu Dövlət Təbiət Qoruğuna məxsus 5 hektar ərazidə, Qoruğun 6-cı dolayında, dağlıq relyefdə qeydə alınıb. Yanğının söndürülməsinə Mühafizə Hissəsindən 55 nəfər şəxsi heyət cəlb olunub. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.