Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, M.Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.