logo

Təhsil sahəsində Azərbaycan-Gürcüstan sazişi imzalanacaq

12:12 20-02-2022 | icon 6160
Təhsil sahəsində Azərbaycan-Gürcüstan sazişi imzalanacaq

Fevralın 20-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfər edib.

YeniAvropa xəbər verir ki,səfərin məqsədi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığı daha da genişləndirilmək və inkişaf etdirməkdir.

Emin Əmrullayev səfər çərçivəsində Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüşəcək. Hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Azərbaycanın təhsil naziri səfər çərçivəsində Gürcüstanın bir neçə ali məktəblərinə də baş çəkəcək. Həmçinin Gürcüstanın tədrisi Azərbaycan dilində olan məktəblərinin direktor və müəllim heyəti ilə də görüş keçirəcək.

Emin Əmrullayevin Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.