logo

Müğənni Manaf Ağayev həbs edildi

19:48 18-02-2022 | icon 3444
Müğənni Manaf Ağayev həbs edildi

Müğənni Manaf Ağayev və onunla birgə olan Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

 YeniAvropa xəbər verir ki, icazəsiz səfərlə ilə onlar ötən gün polisə çağırılıblar. Polis Manaf Ağayevin və Sənan Hüseynovun barələrində protokollar tərtib edilib. Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Xatırladaq ki, Manaf Ağayev özünə məxsus “Mercedes Maybach” avtomobili ilə Füzuli Aeroportunun qarşısından çəkilmiş videosunu İnstagram səhifəsində yaymışdı. Həmin videoda onu iş adamı olduğu bildirilən dostu S.Hüseynov AA seriyalı “Mercedes”lə müşaiyət edirdi. Əslən Füzulidən olan müğənni doğma torpaqlarına qovuşduğu üçün dualar etmişdi və vətən həsrətli mahnı da oxumuşdu. Lakin video sosial şəbəkələrdə qıcıq doğurub, daha sonra məsələ hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və indi məşhur müğənni Füzuliyə icazəsiz qovuşduğu üçün 15 sutka həbsdə qalmalı olacaq.