logo

Lənkəranda zəlzələ oldu

17:57 18-02-2022 | icon 3850
Lənkəranda zəlzələ oldu

Fevralın 18-də Lənkəran seysmoloji stansiyasından 21 kilometr şimal-qərbdə - Lənkəran rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 16:24-də qeydə alınan zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub.