logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 772 min nəfəri ötür

17:18 18-02-2022 | icon 4851
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 772 min nəfəri ötür

Fevralın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 41 mın 214 doza vaksin vurulub.

 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 3 min 178, ikinci mərhələ üzrə - 1 530, üç və daha çox doza vaksinlərin sayı 34 min 88, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2 min 418-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 720 min 225, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 280 min 393, ikinci mərhələ üzrə 4 milyon 772 min 19, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 477 min 911, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 189 902.