Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3817 yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 768 min 19 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 min 865 nəfər müalicə olunaraq sağalıb, 9 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 37 min 972 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 451, bu günə qədər isə ümumilikdə 6 milyon 459 min 513 test icra olunub.