Paytaxtın Heydər Əliyev prospektində TIR sürücülərinin yolu bağlaması ilə bağlı cinayət işi başlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb. Məsələyə hüquqi müstəvidə qiymət veriləcək.
Qeyd edək ki, bu gün 4 TIR sürücüsü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətini (DANX) süründürməçilikdə ittiham edərək, etiraz əlaməti olaraq Bakının Heydər Əliyev prospektini bağlayıblar.