Azərbaycan Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs edilib.
YeniAvropa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının müəyyən edilməsi ilə bağlı Cəlal Kazımovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Kazımov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Cəlal Kazımov bir milyon manatdan artıq vəsaiti mənimsəməkdə ittiham olunur.