Ötən il Azərbaycanda 112 min 284 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11,2 təşkil edib. Doğulan körpələrdən 2958-i əkiz, 84-ü üçəm, 12-si isə dördəm olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Mil-Muğan (13,6), Dağlıq Şirvan (13,4), Quba-Xaçmaz (12,6), Lənkəran-Astara (12,5), Şərqi Zəngəzur (12,3), Qazax-Tovuz (12,2), Şirvan-Salyan (12,2), Qarabağ (11,8), Mərkəzi Aran (11,6) və Şəki-Zaqatala (11,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
2021-ci ildə ölkədə 76 min 878 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21 min 4 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46 min 334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.