Qusar şəhərində Heydər Əliyev prospektində yerləşən yaşayış binasında bir ailənin üzvü olan 5 nəfər dəm qazından boğularaq ölüb.
YeniAvropa xəbər verir ki,hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
Ölənlərin kimlikləri müəyyən edilib. Onlar Qusar şəhər sakinləri 1987-ci il təvəllüdlü Şıxov Rusiz Şıxəli oğlu, 1993-cü il təvəllüdlü Şıxova Əminə Məhsim qızı və onların övladları -2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, və 2013-cü il təvəllüdlü Sumeyadır.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İlkin ehtimala görə, həmin şəxslər dəm qazından boğularaq ölüb.