logo

Azərbaycanda daha 4687 nəfər koronavirusa yoluxdu, 28 nəfər öldü

18:36 15-02-2022 | icon 3220
Azərbaycanda daha 4687 nəfər koronavirusa yoluxdu, 28 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4687 yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 min 565 nəfər müalicə olunaraq sağalıb, 9 min 105 nəfər vəfat edib. Aktiv xəstə sayı 46 min 935 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 682, bu günə qədər isə ümumilikdə 6 milyon 414 min 158 test icra olunub.