COVID-19-a qarşı “buster” dozada peyvənd olunanların sayı 2 milyon 446 min nəfəri ötür
Fevralın 14-də Azərbaycanda 272 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə 124, “buster” doza ilə peyvənd olunanların sayı isə 62 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 478 min 529, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 267 min 544, ikinci mərhələ üzrə 4 milyon 764 min 378, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 446 min 607-dir.