logo

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

09:30 14-02-2022 | icon 5446
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Fevralın 14-ü saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılır.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Qeyd edək ki, siniflərin II yarımil üçün komplektləşdirilməsi səbəbindən yanvarın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılıb.