logo

Azərbaycanda daha 5948 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

18:28 12-02-2022 | icon 3003
Azərbaycanda daha 5948 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5948 yoluxma faktı qeydə alınıb, 7060 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 738 min 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 min 316 nəfər müalicə olunaraq sağalıb, 9 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 49 min 985 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 844, bu günə qədər isə ümumilikdə 6 milyon 372 min 838 test icra olunub.