logo

Səhiyyə naziri:Koronavirusa görə məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur

13:11 10-02-2022 | icon 3255
Səhiyyə naziri:Koronavirusa görə məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur

Hazırda ölkəmizdə koronavirusla əlaqədar məhdudlaşdırıcı qərarlara ehtiyac yoxdur. Sərt karantin tədbirləri xəstəxanaya yerləşdirilənlərin sayının kəskin artması və çarpayı fondunun dolması əsasında verilir. Hazırda ümumi çarpayı fondunun 20, reanimasiya şöbələrinin çarpayı fondunun 10 faizi istifadə olunub. Sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir.

YeniAvropa xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.

“Müşahidələr göstərir ki, vaksinasiyadan keçənlər xəstəliyi yüngül keçirdikləri halda, peyvənd vurdurmayanlarda ağırlaşma və ciddi fəsadlar qeydə alınır. Vaksin ehtiyatı kifayət qədərdir və əhalini "buster" dozanın qəbulunda daha fəal olmağa səsləyirəm", - deyə nazir bildirib.