Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün qısa və ortamüddətli addımlar nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bunu Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, qısamüddətli addımlardan biri kimi Səhiyyə Nazirliyinin nəzdində vahid “Çağrı mərkəzi”nin yaradılması nəzərdə tutulub. Vətəndaşlar həmin mərkəzə müraciət edərək səhiyyə sistemi ilə bağlı sorğusuna cavab ala biləcək. Bundan əlavə, nazirliyin veb-saytı üzərində də müraciətlər qəbul olunacaq.