logo

Bakıda II beynəlxalq rəqs müsabiqəsi keçiriləcək

11:17 23-06-2018 | icon 4655
Bakıda II beynəlxalq rəqs müsabiqəsi keçiriləcək

İyunun 25-də Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Qəmər Almaszadə adına II beynəlxalq rəqs müsabiqəsi keçiriləcək.

Akademiyadan  YeniAvropa-ya  bildirilib ki, müsabiqədə 10 ölkədən rəqs kollektivləri iştirak edəcək. Müsabiqənin rəsmi açılış mərasimi Heydər Əliyev Sarayında, birinci və ikinci seçim turları isə  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Müsabiqəyə iyunun 27-də sözügedən məkanda gerçəkləşəcək qala-konsert ilə yekun vurulacaq.