Fevralın 7-də saat 7 radələrində Nərimanov rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yolu keçən Bakı şəhər sakini Afət Hacıyeva Lənkəran rayon sakini T.Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.