logo

Azərbaycanda daha 4680 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

16:56 07-02-2022 | icon 3269
Azərbaycanda daha 4680 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 4680 yoluxma faktı qeydə alınıb, 2134 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 min 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 min 512 nəfər müalicə olunaraq sağalıb, 8 min 898 nəfər vəfat edib. Aktiv xəstə sayı 45 min 924 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 442, bu günə qədər isə ümumilikdə 6 milyon 278 min 899 test icra olunub.