logo

Koronavirusa görə paytaxtda daha iki məktəbi bağladı

19:30 03-02-2022 | icon 5859
Koronavirusa görə paytaxtda daha iki məktəbi bağladı

Bakıda 20 nömrəli məktəb-liseyin fəaliyyəti fevralın 4-dən distant təhsil formatında davam etdiriləcək. Bundan başqa, analoji vəziyyətlə əlaqədar paytaxtdakı 177 nömrəli tam orta məktəb də distant tədrisə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı bu təhsil ocaqlarında əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.