COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 746 min nəfəri ötür
Fevralın 3-də Azərbaycanda 38 min 436 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, “buster” doza ilə peyvənd olunanların sayı isə 33 min 435 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 114 min 431, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 239 min 838, ikinci mərhələ üzrə 4 milyon 746 min 927, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 127 min 666-dır.