logo

Bakıda “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi açılıb

11:42 26-12-2017 | icon 4396
Bakıda “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi açılıb

İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi açılıb.

YeniAvropa xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin ölkəmizdəki səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşıb.

Layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Təşkilatçısı rəssam Aygün İsgəndərova olan sərgi “İslam Həmrəyliyi İli”nə həsr edilib.

Birgünlük sərginin sonunda fırça ustaları diplom və sertifikatlarla təltif olunub.