“Əcnəbilərin Azərbaycanda təhsili ilə bağlı Təhsil Nazirliyi və dövlətin təşviq tədbirləri həyata keçirilir. Buna təhsil qrantı layihələrini misal göstərmək olar. 2021-2022-ci tədris ili üçün 7 300-dən artıq əcnəbi tələbə ilk dəfə olaraq Azərbaycanda təhsil alırlar. Bu say ildən-ilə artmağa davam edəcək”.
YeniAvropa xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib.
Onun sözlərinə görə, müxtəlif sosial media və digital resurslar vasitəsilə Azərbaycanda təhsilin təbliği alətləri də beynəlmiləlləşməyə hədəflənib: “Əcnəbilərin ölkəmizdə təhsil imkanları genişləndirilir. Beynəlmiləlləşmiş təhsil müəssisəsində əcnəbi tələbələrin, professor və müəllim heyəti daha həvəsli olur”.